USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nar Wi-Fi” ilə sən harada, internet orada!

02.08.2021 Sosial
0 0
Yay günlərində şəhərkənarı evdə istirahət edənlər, yaxud yeni mənzilə və ya ofisə köçənlər, evində ənənəvi internetə qoşula bilməyənlər “Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə edə bilirlər. Olduqları hər yerdə kəsintisiz və keyfiyyətli internetlə əhatə olunmaq istəyənlər sadəcə ruteri özləri ilə götürməlidirlər. Avadanlıq “Nar” LTE şəbəkəsinin əhatə olunduğu hər yerdə internetə çıxış əldə etmək imkanı verir.

Qeyd edək ki, “Nar Wi-Fi” cihazını abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. “Nar Wi-Fi” ilə abunəçilərə 20 GB və 50 GB-lıq internet paketləri təqdim edilir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə çıxış əldə edir.

“Nar+” tətbiqi vasitəsilə cihazda cari paketin statusunu, hesab balansını yoxlamaq, eyni zamanda balansı artırmaq və yeni “Nar Wi-Fi” paketləri almaq mümkündür. Qurğu və tariflər haqqında daha ətraflı məlumatı //www.nar.az/nar-wi-fi/ səhifəsindən əldə etmək olar.