USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyaya getmək istəyənlərin nəzərinə

13.08.2021 Sosial
0 0
Almaniyanın “Lufthansa” aviaşirkəti Bakıya uçuşlarını bərpa edib.

“Kommersant.az” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb. Qeyd olunub ki, uçuşlar həftənin çərşənbə və şənbə günləri Bakıdan-Frankfurta həyata keçiriləcəkdir.

Xatırladaq ki, sözügedən hava şirkəti koronavirusla əlaqədar uçuşları təxirə salmışdı. “Lufthansa” iyunun 1-dən Frankfurt-Tbilisi-Bakı müntəzəm reysləri həyata keçirəcəyini açıqlasa da, uçuşları yenidən dayandırmaq məcburiyyətində qalmışdı.