USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İndiyədək 313 nəfərə əks göstəriş sertifikatı verilib - Səhiyyə Nazirliyi

01.09.2021 Sosial
0 0
“Əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur”.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır:

“Avqust ayının 9-dan bugünə qədər ümumilikdə 313 nəfərin müraciətinə müsbət cavab verilib və həmin şəxslər artıq əks göztəriş sertifikatı alıblar”.