USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“McDonald’s” bitkoin qəbul etməyə başlayıb

09.09.2021 Sosial
0 0
Salvadorda “McDonald’s”, “Starbucks” və “Pizza Hut” kimi məşhur restoran şəbəkələri ödəniş olaraq bitkoin qəbul etməyə başlayıb.

“Kommersant.az” bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, Latın Amerikası ölkəsi kriptovalyutanı rəsmi ödəniş vasitəsi kimi tanıyan ilk dövlət olub. Orada həmçinin kriptovalyuta bankomatları da quraşdırılıb. Hal-hazırda Salvadorda 19 “McDonald’s” restoranı fəaliyyət göstərir.

Yerli jurnalist Aaron van Virdum sosial şəbəkədə “McDonald’s”da sifariş etdiyi səhər yeməyini bitkoinlə aldığını yazıb. Jurnalist bu cəhdin uğursuz olacağını düşünsə də, yanılıb. Sifariş verdikdən sonra ona bitkoinlərlə əməliyyatlar aparmağa imkan verən “Lightning” platforması üçün QR-kod verilib.

Ödəmə operatoru “OpenNode” Salvadorun bütün “McDonald’s” restoranlarında kriptovalyuta ilə ödəniş etməyin mümkün olduğunu qeyd edib. Xidmət onlayn çatdırılma tətbiqində də mövcuddur.

Salvador – bitkoini rəsmi ödəniş vasitəsi olaraq tanıyan ilk ölkədir. Hökumət bitkoinlərə 21 milyon dollar sərmayə qoyub.

Bitkoindən qabaq Salvadorun yeganə valyutası ABŞ dolları olub. Ölkə vətəndaşlarının əksəriyyəti kağız pullardan istifadə edir. Onların təxminən 70%-nin nə bank hesabı, nə də bank kartı var.