USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirliyin qurumunda qanun pozuntuları aşkarlandı

09.09.2021 Sosial
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə ayrılmış vəsaitlərin xərclənməsində nöqsanlar aşkarlanıb.

“Kommersant.az” ın məlumatına əsasən, bununla bağlı Hesablama Palatasının rəsmi məlumat bülleteninin 2021-ci il üzrə ikinci nömrəsində bildirilib.

Audit zamanı ASC-nin maliyyə fəaliyyəti (funksional fəaliyyət üzrə əvəzsiz əsaslarla dövlət büdcəsindən alınan vəsaitlərin xərclənməsi) prosesində dövlət sifarişləri rəsmiləşdirilmədən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişləri olmadan və ya onların icazəsi alınmadan yaşıllıqların salınması və yaşıllıqlara xidmət göstərilməsi hallarına yol verilib.

Qurumun sərəncamında olan dövlət əmlakından səmərəli istifadə olunmaması hallarına da rast gəlinib.