USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu sürücülərlə bağlı qanunvericilikdə dəyişiklik olacaq - RƏSMİ

21.09.2021 Sosial
0 0
"Moped sürücüləri ilə bağlı qısa zamanda qanunvericilikdə dəyişiklik olacaq".

“Kommersant.az” xəbər verir ki, bunu Bakı Şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və onlardan A1 sürücülük vəsiqəsi tələb edilə bilər.