USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonda üç gün su olmayacaq

23.09.2021 Sosial
0 0
Hacıqabul rayonunun bəzi kəndlərində su olmayacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron, Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.