USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün bəzi istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik olacaq

13.10.2021 Sosial
0 0
13.10.2021-ci il tarixindən Alı Mustafayev küçəsinin “3-cü mikrorayon” dairəsindən “3-cü mikrorayon bazarı” istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 nömrəli marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. – Azadlıq pr. – S. Bəhlulzadə küç.- Atatürk pr., daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.