USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda avtomobil almaq üçün kreditlər - 3 DƏFƏ AZALIB

13.10.2021 Sosial
0 0
Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarının (bank və bank olmayan kredit təşkilatları) portfelindəki avtomobil alışı məqsədləri üçün verilmiş kreditlərin məbləği 24,5 mln. manat təşkil edib.

“Kommersant.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bankdan verilən məlumata görə, avtokreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb.

Beləliklə, avtokreditlərin kredit təşkilatlarının ümumi portfelindəki payı cəmi 0,16% təşkil edib.

"Əvvəlki dövrlərdə avtomobil kreditləşməsindən qaynaqlanan risklərin səviyyəsi nəzərə alınaraq, AMB tərəfindən 2014-cü ildə "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"a edilmiş dəyişikliklərdən sonra bu seqment üzrə tələblər sərtləşdirilib. Yeni yanaşmanın tətbiqindən sonra, avtomobil kreditləri üzrə qalığın əhəmiyyətli azalması tendensiyası müşahidə edilir", - AMB-dən bildirilib.