USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bravo Supermarket”in sahibləri məlum oldu

14.10.2021 Sosial
1 0
Azərbaycanda pərakəndə ticarətində böyük mağazalar şəbəkəsinə malik olan “Bravo Supermarket”in sahibi “Azərbaycan Supermarket” MMC-nin səhmdarları açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, “Azərbaycan Supermarket” MMC-nin 2000 manat nizamnamə kapitalı vardır.

“Azərbaycan Supermarket” MMC-nin 25% iştirak payı “İdeal Biznes Ko” MMC-yə, 25% iştirak payı “Yevro Standart” MMC-yə, 50% iştirak payı isə Mir Calal Paşayevə məxsusdur.

Mir Cəlal Paşayev “PAŞA Bank”da 5% paya, “Yevro Standrd” MMC və “İdeal Biznes KO” isə hər biri müvafiq olaraq 33.85% və 50% “Xalq Bank”da paya sahibdirlər.