USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı daha 4 ölkənin vaksin sertifikatını tanıyıb

16.11.2021 Sosial
0 0
Avropa İttifaqı (Aİ) daha 4 ölkənin koronavirusa qarşı vaksin sertifikatını tanıyıb.

“Kommersant.az”ın məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Məlumata əsasən, Gürcüstan, Moldova, Serbiya və Yeni Zelandiyada verilən vaksin sertifikatları Aİ-də tanınacaq: "Bu dörd ölkə Aİ sisteminə qoşulacaq və onların COVID-19 vaksin sertifikatları Aİ dövlətlərində vətəndaşlara verilən rəqəmsal sertifikatlarla eyni şərtlərlə qəbul ediləcək".

Beləliklə, Aİ-nin eletron sisteminə qoşulan ölkə və ərazilərin sayı 49-a çatlb.