USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan dövlət büdcəsinin qalığı - 50 Milyon Manata Düşüb

16.11.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 20 234,2 milyon manat, xərcləri isə 20 184,7 milyon manat təşkil edib.

“Kommersant.az” xəbər verir ki, Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,1% çox və 2,6% azdır.

Son nəticədə büdcədə 49,5 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda büdcə qalığı 159,7 milyon manat olub.