USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Buta Airways” Səudiyyə Ərəbistanına uçuşlar yerinə yetirməyə başlayır

16.11.2021 Sosial
0 0
Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə – Ər-Riyad və Dammam şəhərlərinə xüsusi reyslər yerinə yetirməyə başlayır.

Paytaxt Ər-Riyad şəhərinə reyslər 27 noyabr tarixindən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcəkdir.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar.