USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda dərman istehsalı KƏSKİN ARTIB

18.11.2021 Sosial
0 0
2021-ci ilin yanvar-oktyabr aylarında 8.6 milyon manat dəyərində əczaçılıq məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90.2% çoxdur.

“Kommersant.az” xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin əvvəlindən bu məhsulların istehsalında artım müşahidə olunmuş, may ayında istehsal kəskin artmış və sonrakı aylarda da bu artım davam etmişdi. İlin sonunda istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 10.7 dəfə çox olmuşdu. 2021-ci ilin ilk ayında da ötən il ilə analoji müqayisədə istehsal 10.4 dəfə çox oldu. Daha sonra da ardıcıl aylar ərzində müvafiq olaraq 9.6 dəfə, 7.3 dəfə, 6 dəfə, 4.4 dəfə, 3.1 dəfə, 88.3%, 62.1% və 88.8% çox istehsal qeydə alınıb.

DSK-nın məlumatına əsasən, bu ilin yanvar-oktyabr ayları ərzində əczaçılıq məhsulları və tibbi ləvazimatlarının pərakəndə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 36.3% artaraq 758.6 milyon manat olub. Belə ki, istehlakçılar bu məhsullara pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 2.2%-ini sərf ediblər.