USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi

19.11.2021 Sosial
0 0
NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib. Təəssüflər olsun ki, əvvəlki illərdə olduğu kimi bu ilki reytinqdə də əsas yerləri primitiv şifrələr tutublar.

Həmin primitiv şifrələrin hack edilmələri üçün isə 1 saniyə vaxt kifayət edir. Beləliklə reytinqə əsasən bu il ən çox istifadə edilmiş şifrə 123456-dır. Bu cür şifrənin hack edilməsi üçün 1 saniyə vaxt lazımdır. Məlumata əsasən bu şifrədən 103 milyon dəfə istifadə olunub. Reytinqin ilk üçlüyünə həmçinin 123456789 və 12345 şifrələri daxil olublar.

Məlumatda qeyd edilib ki, 123456789 şifrəsindən 46 milyon dəfə, 12345 şifrəsindən isə 32.955 milyon dəfə istifadə edilib. Digər məşhur hesab edilən qwerty şifrəsi reytinqin dördüncü pilləsində qərarlaşıb. Tərtib edilmiş reytinqə 200 növ şifrə daxil olub. İlk 100 növ şifrənin hack edilməsi üçün 1 saniyə vaxt lazım olur. Lakin 1g2w3e4r, qwerty123, michele və myspace1 kimi şifrələrin hack olunması üçün bir qədər daha çox vaxt (3 saat) lazımdır. Bununla yanaşı NordPass şirkəti bir sıra maraqlı faktı da təqdim edib.