USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa banklarında lirə satışları

19.11.2021 İqtisadiyyat
0 0
TCMB-nin faiz qərarını verdiyi gün türk lirəsinin rekord həddə düşdüyü vaxt Türkiyədə tərəfdaş olan Avropa banklarının da səhmləri ucuzlaşıb.

“Kommersant.az” xəbər verir ki,faiz qərarının verildiyi gün türk lirəsinin gündəlik yüzdə 5 ucuzlaşdığı gün BBVA-da gündəlik eniş 6%-ə çatıb. BBVA qədər olmasa da, Unicredit və BNP Paribas-ın səhmlərinin dəyərində də enmə baş verib. Hər iki səhm 1% ucuzlaşıb.

Bazar ertəsi BBVA, Garanti Bankında könüllü satınalma təklifi qərarını qəbul etdiyini açıqlayıb.

Könüllü səhmlərin alınması şərti olan bütün səhmlər alınarsa, BBVA 25,7 milyard TL (təxminən 2,25 milyard avro) ödəyəcək. Satınalma təklifinin qiyməti 12 noyabr 2021-ci il tarixində Birjada müəyyən edilmiş qiymətdən 15% yüksək məbləğdə formalaşıb.