USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran Azərbaycana avtomobil ixracını 4 dəfə artırmaq istəyir

22.11.2021 Sosial
0 0
İran bu il Azərbaycana ötən illə müqayisədə 1 000 ədəd və yaxud 3,5 dəfə çox – 1 400 avtomobil ixrac etməyi planlaşdırır.

Bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında bildirib.

İranlı nazir əlavə edib ki, “Khodro” şirkəti Azərbaycanda yük maşınları və avtobuslar istehsal etməyə, ölkəsi isə Azərbaycanda istehsal edilən İran avtomobillərinin ixracına dəstək verməyə hazırdır.

O, həmçinin Azərbaycanda daşıma sahəsində problemlərin olduğunu qeyd edib: “Əvvəllər tranzit rahat və normal olduğu halda, son vaxtlar rüsum və daşıma xərcləri məsələsində müəyyən çətinliklərin şahidi oluruq”.