USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkə də sərhədlərini bağladı

29.11.2021 Sosial
0 0
İsrail koronavirusun yeni “omicron” ştamına görə sərhədləri iki həftəlik bağlayır.

“Kommersant.az” xəbər verir ki, bu barədə İsrailin Koronavirusla Mübarizə üzrə Nazirlik Komissiyası məlumat yayıb. Bildirilir ki, xaricdən qayıdan israillilər hava limanında PCR test verməli və karantinə alınmalıdırlar. Virusa yoluxub sağalanlar və vaksin olunanlar üçün karantin müddəti 3 gün, peyvənd vurdurmayanlar və təkrar test verənlər üçün 7 gün və onsuz 14 gün davam edəcək.