USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillərin icbari sığortasında - MÜHÜM YENİLİK GÖZLƏNİLİR

30.11.2021 Sosial
0 0
Azərbaycanda avtomobillərin icbari sığortasında mühüm yeniliklər gözlənilir.

“Kommersant.az” xəbər verir ki, yeniliklər həm zərəin qiymətləndirilməsnə, həm də hadisələrin araşdırılmasına və ödənişlərin verilməsinə aid olacaq. Bu barədə sığorta maarifləndirməsi ilə bağlı keçirilən tədbirdə Mərkəzi Bankın sığorta nəzarəti xidmətinin rəhbəri Vüsal Qurbanov bildirib.

«Avtomobillərin icbari sığortasında böyük dəyişiklik olacaq. Burada sığortaya inamın bərpası, istehlakçıların hüquqlarının qorunması əsas götürüləcək»-deyə Qurbanov bildrib.

Onun sözlərinə görə hazırda bununla bağlı xarici təcrübə də öyrənilir və nəzərdə tutulur ki, sığorta xidmətləri həm əlçatan olsun, həm də ən yüksək səviyyədə həyata keçirilisin.

Əas dəyişiklikərdən biri odur ki, indiyədək hadisə zamanı zərər çəkən tərəf, ona vurulan zərəri qarşı tərəfin sığorta şirkətindən alırdı. İndi isə bu zərəri öz sığorta şirkətindən ala biləcək.

Digər yenilik dəyən zərərin qiymətəndirilməsidir – bu məsələ həmişə istehlakçılarla sığorta şirkətləri arasında mübahisəyə səbəb olurdu. AMB bununla bağlı araşdırma aparıb və bu sahədə çoxsaylı müraciətləri nəzərə alıb. Nəticədə bu sahədə müstəqil ekspert institutunun formalaşdırılması qərara alınıb. Avtomobilə dəyən zərəri bu ekspertlər qiymətləndirəcək.