USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş prokurordan yeni təyinat

17.12.2021 Sosial
0 0
Zəngilan rayonuna yeni prokuror təyin edilib.

"Kommersant.az"ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.