USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliyada mayın 1-dən etibarən COVİD-19 pasportları ləğv edilir

18.03.2022 Sosial
0 0
İtaliya Hökuməti mayın 1-dən etibarən COVİD-19 pasportlarından imtina etməyə qərar verib.

"Kommersant.az" xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza bildirib.

“Biz covid sertifikatlarının ləğvi istiqamətində işlər görürük. Aprelin 1-dən əksər açıq yerlərdə, mayın 1-dən isə qapalı məkanlara girişdə də sertifikat tələb olunmayacaq”, – nazir bildirib.

Xəstələrlə təmasda olanlar üçün karantin rejiminin ləğv edildiyini diqqətə çatdıran nazir qeyd edib ki, təcrid yalnız testi müsbət nəticə verənlər üçün məcburi olacaq.

Ölkədə martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddəti də uzadılmayacaq.