USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu qurumun əməkdaşlarının maaşları 20% artırıldı

05.04.2022 Sosial
0 0
“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.

Artım barədə qərar ötən ay verilsə də, yanvar, fevral aylarına da şamil edilib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, əməkhaqları 20 faiz artırılıb:

“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.

Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlər davam etdiriləcək, bununla bağlı təkliflər hazırlanacaq.

Bu barədə məsələlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Qeyd edilən müddəanın icra müddət 2022-2026-cı illərdir.