USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kommunal xidmətlərə limitləri necə nəzarətdə saxlamalı? - Video

07.04.2022 Sosial
0 0
Artıq bir müddətdir ki, qaz və işıq pulunun ödənilməsində müəyyən limitlər tətbiq olunub. İnsanlar kommunal xidmətlərdən istifadə edərkən limitləri nəzərə almalıdırlar. Əks halda qiymətlər cib yandırır. Amma hələ də limitləri hesablamaqda çətinlik yaşayanlar var.

İnsanları çaşdıran əsas məsələ kartla ödəniş edərkən terminallarda limiti keçib-keçməməkləri ilə bağlı heç bir məlumatın əks olunmamasıdır.

Məsələ ilə bağlı “Azəriqaz”dan bildirilib ki, smart sayğaclar üçün ödəniş karta yüklənir və bu zaman ödənilən məbləğ kubla əvəzlənir.

“Azərişıq”dan isə bildirilib ki, smart tipli sayğaclarla hesablaşma aparılan abonentlərin elektrik enerjisinin aylıq sərfiyyatı Tarif Şurasının müəyyən edilmiş limit daxilində proqram təminatı vasitəsilə tənzimlənir.

“Smart sayğacla hesablaşma aparılan zaman abonentlər sayğac göstəricilərinə diqqət yetirməklə aylıq sərfiyyatın limitdən artıq və ya limit daxilində olmasına nəzarət edə bilərlər”, - deyə qurumdan qeyd olunub.