USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Buraxılış imtahanlarının nəticələri nə üçün gec açıqlanır?

11.04.2022 Sosial
0 0
Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

"Kommersant.az"ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.

"Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır", - deyə əlavə edilib.

Qeyd edək ki tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.