Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu "Məktəbəqədər təhsil" haqqında qanun çərçivəsində tənzimlənir.
"Kommersant.az" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.
O bildirib ki, hər il tədris ilinin əvvəlindən valideynlər qeydiyyatdan keçə bilərlər:
"Qəbul kütləvi olaraq tədris ilinin əvvəlində aparılsa da, qanuna görə bağçalarda boş yer varsa, valideynlər istənilən vaxt qeydiyyatdan keçib həmin müəssisələrə uşaqlarını yazdıra bilərlər".