USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yeni universitet yaradılması təklif edilib

27.04.2022 Sosial
0 0
Azərbaycanda yeni universitetin yaradılması təklif edilib.

Bu təkliflə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Ümumi yığıncaqda çıxış edib.

O bildirib ki, müasir dövrün qlobal çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yaranıb. Bu bilik sahələrinin və ixtisasların əksəriyyəti riyaziyyatın, informatikanın geniş tətbiqi ilə xarakterizə olunurlar.

“Xaricdə təhsil üzrə dövlət proqramında bu yeni ixtisaslara xüsusi diqqət verilməli, AMEA və Təhsil Nazirliyi bu istiqamətdə birgə fəaliyyət göstərməlidir. AMEA-da lazımi potensialın (maddi, kadr və s.) mövcud olduğunu nəzərə alaraq, ali təhsil müəssisəsinin təşkili məqsədəuyğun olardı”.