USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn ayın qeyri-iş günləri açıqlandı

04.05.2022 Sosial
0 0
İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də çərşənbə günü iş olmayacaq. 26 İyun – Silahlı Qüvvələr Günüdür, həftənin bazar gününə düşdüyündən iyun ayının 27-si də qeyri-iş günü hesab edilir.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.