USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Antikorrupsiya” idarəsi əməliyyat keçirdi - Vəzifəli şəxslər SAXLANDI

02.06.2022 Sosial
0 0
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda əməliyyat keçirib.

"Kommersant.az" xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə edib.

Əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb.

Əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

Qafqazinfo