USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brüsseldə bütün sərnişin reysləri ləğv edilib

20.06.2022 Sosial
0 0
Belçika həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər və etirazlar səbəbindən Brüssel Hava Limanı iyunun 20-nə planlaşdırılan bütün sərnişin reyslərini ləğv edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Sərnişinləri hava limanına gəlməməyə, reysi daha gec tarixə keçirməyə çağırırıq. Yalnız gələn reyslər, eləcə də yük təyyarələrinin uçuşları həyata keçirilir”, – deyə hava limanından bildirilib.

İyunun 20-də Belçika həmkarlar ittifaqları on minlərlə tərəfdarını qiymətlərin artması və ölkə sakinlərinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı etiraz aksiyalarına çıxaracaq. Ölkə həm də nəqliyyatın işində problemlər yaranıb.