USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın cənubunda uçuşlara məhdudiyyətin müddəti uzadılıb

28.06.2022 Sosial
0 0
Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti iyulun 6-dək uzadılıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə olunur.

Regionda uçuşlara mövcud qadağanın müddəti iyunun 30-da bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.