USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Heydər Piriyev Milli Müdafiə Universitetinə rektor təyin olundu

30.06.2022 Sosial
0 0
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinə rektor təyin olunub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, bu vəzifəyə professor, general-leytenant Heydər Piriyev təyinat alıb.

Qeyd edək ki, general-leytenant Heydər Piriyev indiyədək Milli Müdafiə Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edirdi.

O, daha əvvəllər Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.