USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda medianın inkişafı üçün şərait var - Kamran Əliyev

10.08.2022 Sosial
0 0
Azərbaycanda medianın zəruri inkişafı üçün şərait var.

Kommersant.az-ın məlumatına görə bunu, baş prokuror Kamran Əliyev “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfrans zamanı bildirib.

Onun sözlərinə görə, müasir cəmiyyətlərin inkişafını medianın inkişafı olmadan düşünmək olmaz.

“Tam əminliklə deyə bilərik ki, Azərbaycanda media artıq hakimiyyətin 4-cü qoludur. Vətən müharibəsi dövründə bizim jurnalistlərimiz birbaşa cəbhə bölgəsində fəaliyyət göstərdi,eyni zamanda Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırdılar”, -K.Əliyev əlavə edib.