USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyada bəzi şirkətlər 4 günlük iş rejiminə keçəcək

22.09.2022 Sosial
0 0
Böyük Britaniyada qeyri-kommersiya təşkilatı olan “4 Day Week Global” tərəfindən ötən ilin iyun ayından başladılan və 3000-dən çox işçinin 6 ay ərzində həftədə 4 gün işlədiyi pilot proqramı davam edir. Göstəricilər 6 aylıq sınaq müddətində əksər şirkətlərdə məhsuldarlığın sabit qaldığını və ya artdığını ortaya qoyub.

Həftədə 4 gün işləmək layihəsində iştirak edən 73 şirkətdən 41-ində pilot tətbiqetmənin yarısında sorğu keçirilib. Banker.az xəbər verir ki, sorğuda iştirak edənlərin təxminən 86%-i pilot proqram bitəndən sonra həftədə 4 gün işləmək rejimini davam etdirəcəklərini bildirib. Şirkətlərin 95%-i 4 gün iş rejimində məhsuldarlığın eyni qaldığını və ya artdığını qeyd edib.

Bu ilin sonunda başa çatacaq pilot proqramın nəticələrini Kembric Universiteti, Oksford Universiteti və Boston Kollecinin tədqiqatçıları qiymətləndirəcək.

Qeyd edək ki, 2021-ci ildə İslandiyada tədqiqatçılar dünyada indiyə qədərki ən böyük həftədə 4 günlük iş rejimi sınaqdan keçirilmişdi və pilot layihənin sonunda tədqiqatçılar bu sınağın böyük müvəffəqiyyətlə nəticələndiyini bildirmişdilər. İslandiya 4 günlük iş rejiminin Böyük Britaniyada da sınaqdan keçirilməyini tövsiyə etmişdi.

Pilot layihədən sonra İslandiyadakı “Davamlılıq və Demokratiya Assosiasiyası” (Alda) və Böyük Britaniyadakı “Autonomy” beyin mərkəzi tərəfindən dərc edilən birgə təhlil, 2015-2019-cu illər arasında davam edən və 2500-dən çox insanın iştirak etdiyi sınaqların “məhsuldarlıq və rifah” artırdığını aşkar etmişdi. Bundan sonra, Böyük Britaniyada ana müxalifətdəki İşçi Partiyası da daxil olmaqla müxtəlif partiyalardan olan 45 deputat hökuməti 2020-ci ildə həftədə 4 gün işləmək təklifini araşdırmaq üçün komissiya yaratmağa çağıran təklifi imzalamışdı.