USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son 20 ilin ən baha dolları

22.09.2022 İqtisadiyyat
0 0
Gözlənildiyi kimi ABŞ Federal Ehtiyat Sistemi uçot faiz dərəcələrini daha 75 baza bəndi, yaxud 0.75 faiz bəndi artırmasından və qarşıdan gələn iclaslarında daha böyük artımlara işarə etdikdən sonra dollar son iki dekadanın ən yüksək həddini test etdi.

"Kommersant.az" xəbər verir ki, ABŞ dollarını indeksi, hansı ki, avro, yen, ingilis funt-sterlinqi kanada dolları, isveçrə frankı və isveç kronu səbəti qarşısında formalaşır, ötən gün 111.535 bənd səviyyəsini test etdi.

Əslində FED-in qərarı ən minimal gözlənti idi və onu da dünən etdi. Analitiklərin fikrincə, ABŞ-ın faiz dərəcələrinin uzun müddət daha yüksək qaldıracağı bir müddət dollara dəstək olaraq qalacaq.

Cari uçot faizi 3.25% onsuz da 2008-ci ilin yanvarından bəri ən yüksəyidir.

İndi FED-in yeni proqnozu narahatedicidir. Cerom Pauelin dünənki çıxışından məlum oldu ki, yeni proqnozlar bu ilin sonuna qədər uçot faiz dərəcəsi 4.25%-4.50% aralığına yüksələcəyi və 2023-cü ilin sonunda 4.50%-4.75% səviyyəsində olacağını göstərir. 2024-cü ilə qədər uçot dərəcəsinin azaldılması gözlənilmir.

FED sədri brifinqində inflyasiyanı aşağı salmağın ağrısız bir yolunun olmadığını deyib, indi aqressiv davranmaq və onu saxlamaq istədiyini təkrar etdi. O əlavə edib ki, FED-in hərəkətləri, ehtimal ki, artımın yavaşlaması və işsizliyin artması ilə nəticələnəcək. Belə görünür ki, o bunu istəyir və belə də olacaq.

Dollar indeksinin ən böyük komponenti olan avro 0.9810 dolları vuraraq 20 ilin ən aşağı səviyyəsinə düşüb. Avropanın vahid valyutası sonuncu dəfə 1.2% azalaraq 0.9852 dollara enmişdi.

Yen qarşısında dollar digər valyutalarla müqayisədə cüzi dəyər qazanaraq 144.695 yen səviyyəsinə yüksəldi. Dollar sonuncu dəfə 0.2% bahalaşaraq 143.98 yen səviyyəsində ticarət edilib. Treyderlər Yaponiyanın yenin yüksəldilməsi üçün interbensiya təhlükəsini nəzərə alaraq dolları yüksəltməkdən ehtiyat edirdilər.

Yaponiyalı analitiklər, FED-in aqressiv hərəkət etmək üçün qısa bir pəncərəsi olduğunu deyir və FED də bundan istifadə etməyə həvəsli görünür.

Sterlinq 1.1237 dollara qədər yeni 37 illik minimuma düşüb və sonuncu dəfə birjada təxminən 1% ucuzlaşaraq 1.1272 dollara satılıb.

Dünən Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə daha çox qoşun səfərbər etmək qərarından sonra dollar bahalaşıb.

Çərşənbə günü Putin Ukraynada döyüşmək üçün 300 min ehtiyatda olan hərbçini çağırıb və bildirib ki, Qərb oradakı münaqişə ilə bağlı onun “nüvə şantajı” adlandırdığı şeyin ardınca getsə, Moskva bütün geniş arsenalının gücü ilə cavab verəcək.

  • Əvvəlki

    AccessBank-dan sahibkarlar üçün myCard Mikro

Digər xəbərlər