USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olundu

11.10.2022 Sosial
0 0
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səhiyyə nazirinin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.