USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“YouTube” yeni funksiyanı istifadəyə verib

11.10.2022 Sosial
0 0
“YouTube” videohostinqi kontent müəlliflərinə unikal ləqəb seçməyə imkan verəcək. Tərtibatçıların qeyd etdiyi kimi, bu funksiya ilə müəlliflər və izləyicilər üçün bir-birini tapmaq daha asan olacaq.

Yaxın həftələrdə yeni funksiya bütün müəlliflər üçün əlçatan olacaq. Müəlliflərə bu barədə “YouTube”dan elektron məktub göndəriləcək. Əgər istifadəçinin artıq öz URL-i varsa, əksər hallarda o, ləqəb olacaq. Müəllif istəsə, onu dəyişə bilər.

Əgər istifadəçi 14 noyabr 2022-ci il tarixinədək özünə ləqəb seçməsə, o, avtomatik olaraq təyin ediləcək.