Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Körpü – Bina – Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12 milyon manatlıq müqavilə bağlayıb.
Kommersant.az xəbər verir ki, müqavilədə Suqovuşan su anbarının 5.2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası nəzərdə tutulur.