USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank "Sibos 2022" beynəlxalq konfransında iştirak edir

12.10.2022 Bank
0 0
Oktyabrın 10-u Amsterdamda dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransı olan “Sibos 2022” tədbiri start götürüb. 4 gün davam edəcək konfransın 9300-dən çox iştirakçısı arasında Yelo Bank-ın nümayəndəliyi də var. Bankı tədbirdə İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və sədr müşaviri Fəridə Pirverdiyeva təmsil edirlər. Builki konfrans dəyişkən dünya üçün proqressiv maliyyəyə həsr olunub.

Pandemiyadan sonra ilk dəfə canlı şəkildə təşkil olunanSibos 2022 tədbirində 250-dən çox spiker maliyyəsektorunda baş verən innovativ yeniliklər, qeyri-sabitzamanlarda uğur qazanılması və davamlılığın qorunmasıvə digər məsələlər ətrafında müzakirələr aparacaq.

Yelo Bank-ın sədr müavini Günay Cəlilovanın sözlərinəgörə Sibos konfransı beynəlxalq maliyyə icması üçünxüsusi əhəmiyyət kəsb edir: "Maliyyə sektoru sürətlidəyişir. Bu dəyişikliklərə uyğunlaşan Yelo Bank da xidmətvə məhsullarının, o cümlədən filialların rəqəmsallaşmasıistiqamətində mühüm işlər görür. Belə tədbiri dünyanınmüxtəlif banklarının nümayəndələri ilə fikir mübadiləsiaparmaq, işgüzar əlaqələr qurmaq, qlobal təcrübəpaylaşmaq baxımından çox əhəmiyyətli hesab edirik. Tədbirdə bir sıra xarici maliyyə təşkilatlarının görüşlərinəqatıldıq. Bu görüşlərdə maliyyə institutlarındakı innovativtrendlər, yeni texnologiyalar, çağırışlar haqqında effektivmüzakirələr aparıb, təcrübələrimizi bölüşdük. İnanıram ki, bu müzakirələr gələcək fəaliyyətimizdə çox faydalıolacaq".

Bank xidmətləri, həmçinin, kredit kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!