USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bal yarmarkasında balçılar kütləvi dava etdilər - VİDEO

17.10.2022 Sosial
0 0
Bakıda balçılar arasında dava düşüb.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Hadisə şahidlərinin sözlərinə görə, dava Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında təşkil olunan bal yarmarkasında yer üstündə baş verib. İddiaya görə, balçılardan biri digərinin bron etdiyi yeri pulla alıb.

Qeyd edək ki, paytaxtda bal yarmarkası 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətə başlayıb. Yarmarka oktyabrın 20-dək davam edəcək.

Kommersant.az həmin görüntüləri təqdim edir: