USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“MTN işi”ndə adı çəkilən qadın yenidən məhkəmə qarşısında

24.10.2022 Sosial
0 0
Xaricdə təhsil alan tələbələrin Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunan universitetin hüquqşünası Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə barələrindəki hökmdən kassasiya şikayəti veriblər.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi Tamella Çələbiyeva, BDU-nun olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun barəsində cinayət işinə xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamella Çələbiyeva və Ulduzə Səfərzadə cərimə cəzasına məhkum ediliblər. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Tamella Çələbiyeva və Ulduza Səfərzadənin barəsində ittiham öz təsdiqini tapmadığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.

Xatırlatma: Tamella Çələbiyeva ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin idarə rəisi, general Natavan Mirvətovanın cinayət işi üzrə zərərçəkmiş şəxs olub. MTN tərəfindən onun telefonları qanunsuz dinlənilib.