USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

02.11.2022 Sosial
0 0
3 noyabr saat 22:00-dək Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.