USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həkimlərin əməkhaqlarının artırılması məsələsinə baxılacaq

10.11.2022 Sosial
0 0
“İcbari tibbi sığorta üzrə bizim büdcəmiz artır”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, bizə ən çox müraciət edilən məsələ əməkhaqqlarının artırılması ilə bağlı idi: “Bu əməkhaqları artırılmışdı. 2022-ci ildə əksər ixtisaslı həkimlərin əməkhaqları 1000 manat və 1000 manat üzərində müəyyən olunub. Əlavə olaraq da onlar bonuslar alırlar. Yenə də bu məsələyə baxılacaq. Gələcəkdə də bizim vəsaitlərimiz artırılsa, yenə əməkhaqlarının artırılması nəzərdə tutulacaq”.