USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xətai rayonun bir hissəsi işıqsız qaldı

17.11.2022 Sosial
0 0
Bakının Xətai rayonun bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.

Bu barədə sakinlər məlumat veriblər.

Bildirilib ki, artıq bir neçə saatdır Xətai rayonu, Lütfi Zadə 10 ünvanında işıq yanmır.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin sözçüsü Vaqif Aydınoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidə qəza baş verib:

“Hazırda qəza xidməti ərazidə çalışır. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.