USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtın bu küçələrində tıxac var

05.12.2022 Sosial
0 0
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.