USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müharibə ukraynalı milyarderlərin sərvətinin azalmasına səbəb olub

27.12.2022 Sosial
0 0
Bu ilin 10 ayı ərzində Ukraynanın 20 milyarderinin varidatı 20-22.5 milyard dollaradək azalıb.

Bunu “Forbes” jurnalı yazıb.

Nəşr bununla bağlı ayrıca hesabat dərc edib. Jurnalın məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ukraynalı milyarderlərin gəlirlərinin azalmasına səbəb olub.

Bildirilib ki, ölkənin ən varlı iş adamı Rinat Axmetovun sərvəti 13.7 milyard dollardan 4.4 milyard dollara enib.

Ukraynanın keçmiş Prezidenti, “Roshen” şirkətlər qrupunun rəhbəri Petr Poroşenko da “kasıblayıb”. Onun 1.6 milyard dollarlıq varidatı 730 milyon dollara düşüb.

Jurnal ümumilikdə, son iki ildə ən varlılar reytinqinə daxil olan 129 ukraynalı iş adamının vəziyyətini təhlil edib.

Sərvəti azalanlar arasında Maksim Litvin, Aleksey Şevçenko, Viktor Pinçuk, Konstantin Jevaqo, Aleksandr və Qalina Gereqa, Vlad Yatsenko, Vadiim Novinski, Gennadi Boqolyubov, Sergey Tiqipko, Maks Polyakov, Yuri Kosyuk, Nikolay Zloçevski, Vitali Xomutınnik, Andrey Verevski, Taras Kitsmey, Stepan Çernovetski, Aleksandr Yaroslavski, Aleksandr Konotopskinin də adı var.