USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq" - NAZİR

06.08.2018 İqtisadiyyat
0 0
"Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək".

"Kommersant.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.

O, Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini deyib.

Nazir bildirib ki, bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib. Hazırda "Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin imkanlarından da bu istiqamətdə səmərəli istifadə mühüm önəm kəsb edir.

S.Babayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik aktlarında müvafiq əlavə və dəyişikliklərin edilıməsi üçün təkliflərin hazırlandığını diqqətə çatdırıb.

İclasda İşçi Qrupuna tapşırılan vəzifələrin icrası sahəsində görülən işlər, hazırlanan yeni təkliflər, pensiya təyinatı prosedurunun elektronlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

(c) Report

  • Əvvəlki

    Valyuta ilə bağlı yeni qərar - İRANDA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0