USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Şeytan çarxı" nə vaxt işləyəcək? - BAKI BULVARINDAN AÇIQLAMA

07.08.2018 İqtisadiyyat
0 0
Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində yerləşən attraksion-panoram (karusel) artıq 20 gündür ki, fəaliyyətini dayandırıb.

Bu barədə "Kommersant.az"a açıqlamasında Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib:

"Şeytan çarxı" kimi tanınan attraksion-panoram fəaliyyətini texniki baxışa görə dayandırıb. Karusel yaxın günlərdə yenidən vətəndaşların istifadəsinə veriləcək".

Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Niderlandın "Dutch Wheels" şirkəti ilə bağlanmış müqaviləyə əsasən 2013-cü ilin sentyabrında başlanılıb. 2014-cü ili 10 martında isə karuselin açılışı olub.