USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentlik yoluxucu xəstəliklərlə bağlı əhaliyə xəbərdarlıq edib

08.08.2018 İqtisadiyyat
0 0
Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

"Kommersant.az" xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

(c) Report

  • Əvvəlki

    Azərbaycanda bank kreditləşməsində artım gözlənilir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0