USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda əsən güclü külək fəsadlar törədib

09.08.2018 İqtisadiyyat
0 0
Bakıda güclü külək bir sıra fəsadlar törədib.

"Kommersant.az"ın "Report"a istinadən məlumatına görə, paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilin üzərinə, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb.
Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub. Birliyin şöbə rəisi Orxan Məmmədov "Report"a bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.

  • Əvvəlki

    İranlı nazir: Tehranla Bakı arasında iqtisadi əlaqələr genişlənir

Digər xəbərlər