"Kommersant.az"ın "Report"a istinadla məlumatına görə, hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Məlumatda həmçinin qeyd olunub ki, 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisə istifadəyə veriləcək: "Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla, 193 obyektdə işlər aparılır".